Banner

Türkiyənin 12 hərbçisi şəhid oldu - YENİLƏNİB

Hadisə 7 İyul 2025 12:18 Oxunub 156
Türkiyənin 12 hərbçisi şəhid oldu - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Pəncə-Kilid" əməliyyatı bölgəsində bir mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı 19 əsgərin metan qazına məruz qaldığı faciəvi hadisədə şəhid olan əsgərlərin sayı 12-yə yüksəlib.

Avtosfer.az xəbər verir ki, bu  barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

***

Xəbər verdiyimiz kimi,  2022-ci ildə "Pəncə-Kilid" əməliyyatında şəhid olan piyada baş leytenantı Nuri Melih Bozkurun cəsədinin axtarışı zamanı Türkiyə ordusunun 19 əsgəri metan qazından zəhərlənib.

Avtosfer.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, zəhərlənən hərbçilərdən 8-i şəhid olub. 

"Ötən gecə zəhərlənən 5 əsgərimiz şəhid olduğu halda, bu gün səhər saatlarında metan qazından şəhid olan əsgərlərimizin sayının 8-ə yüksəlib", - məlumatda qeyd olunub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh