Türkiyənin qəzaya uğrayan təyyarəsində partlayıcı izi tapılmayıb - KİV

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsinə aid hissələrin tədqiqi zamanı partlayıcı izinə rast gəlinməyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təyyarəyə aid hissələr Kayseridə ətraflı şəkildə araşdırılacaq. "Kriminal Laboratoriyanın hesabatında hadisəyə səbəb kimi partlayıcı izinə rast gəlinmədiyi qeyd olunub".
Məlumatda həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin son vəziyyətə dair açıqlamasına da toxunulub:
"Təyyarənin qara qutusunun incələnməsi və qəza araşdırma qrupunun hadisə yerindəki fəaliyyəti davam edir. Aparılan ətraflı təhlilin nəticələri ictimaiyyətlə paylaşılacaq".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










