
Şəmkirdə daş karxanasında ekskovator yandı - VİDEO
Hadisə
21 Oktyabr 2023 16:40
Oxunub 970

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskovatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "HİDROMEK 370" markalı ekskovatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ekskovatorun mühərrik hissəsi qismən yanıb, əsas hissəsi yanğından mühafizə olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR