Üç polis əməkdaşını öldürən şəxslər zərərsizləşdirilib - VİDEO

Dağıstan DİN əməkdaşları Mahaçqalada DYP naryadına hücum edən iki nəfəri öldürülüblər.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə DİN-dən bildirilib.
Bundan əlavə, yerli Səhiyyə Nazirliyinin mətbuat xidməti atışma zamanı 17 yaşlı bir qızın xəsarət aldığını bildirib.
Mahaçqaladakı Respublika Xəstəxanasından TASS-a bildirilib ki, atışmadan sonra üç nəfər xəstəxanaya yerləşdirilib.
***
Mahaçqalada sürücü avtomobili saxlamağa çalışan DİN əməkdaşlarına atəş açıb.
Bu barədə Dağıstan başçısı Sergey Melikov bildirib.
Onun sözlərinə görə, hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
"Mahaçqala sakinlərindən və paytaxtın qonaqlarından sakitliyi və elementar təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirəm", - deyə o qeyd edib.
Dağıstan DİN-i polis əməkdaşlarının ölüm faktını təsdiqləyib.
"Bu gün təxminən saat 14:20-də Mahaçqala şəhərində naməlum şəxslər Dağıstan Respublikası DİN-in DYP naryadına hücum ediblər. İlkin məlumata görə, hücum nəticəsində üç polis əməkdaşı həlak olub", - qurumun məlumatında deyilir.
***
Mahaçqalada (Dağıstan) hücum zamanı üç polis əməkdaşı həlak olub.
Bu barədə “Baza” məlumat yayıb. Bildirilib ki, yol-patrul xidmətinin ekipajına silahlı iki naməlum şəxs hücum edib. Hücum edənlərdən biri cavab atəşi ilə öldürülüb, digəri qaçıb. Onların ələ keçirilməsi istiqamətində əməliyyat keçirilir. Bəzi məlumatlara görə, 12 yaşlı qız da yaralanıb.
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










