Üç polisi güllələyən Rövşən haqda İLGİNC MƏLUMATLAR - FOTO

Hadisə 24 İyun 2024 11:07 Oxunub 314
Üç polisi güllələyən Rövşən haqda İLGİNC MƏLUMATLAR - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bugün polisin Şüvəlandakı əməliyyatı zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs güllələnib.

Avtosfer.az xəbər verir ki, polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş,1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu haqqında məlumatlar əldə edib.

Əldə etdiyimiz özəl məlumatda bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyev bu dəfə ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurub.

Bildirilir ki, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub.

Bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub.

Onun evində olmasına dair polisə daxil olan məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

 

(gününsesi)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh