Üç qohumun boğularaq öldüyü hadisənin TƏFƏRRÜATI - VİDEO

Pirsaat çayında üç nəfər batıb. Hadisə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində qeydə alınıb. Həyatını itirənlər Ərəbqədim kənd sakinləri - 1992-ci il təvəllüdlü Rahib Cavadlı, onun qardaşı uşaqları 2010-cu il təvəllüdlü Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlıdır. Məlumata görə, onlar pirə ziyarətə gediblərmiş. E.Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar. "15 yaşında olan nəvəm çaya çimməyə düşüb. Böyük qardaşı boğulduğunu görüb, özünü onun arxasınca atıb. Oktyabrda hərbi xidmətə getməli idi. Oğlum da onları çıxarmaq üçün çaya tullanıb. Amma bir-birilərinə kömək edə bilməyiblər. Balamın biri sonsuz, o birilər də yetim qaldılar", - deyə çayda boğulanların qohumu Ağababa Cavadov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












