Banner

Ucarda məktəb binası yandı - FOTO - YENİLƏNİB

Hadisə 19 Fevral 2026 10:14
Ucarda məktəb binası yandı - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində orta məktəb binasında yanğın baş verib: “Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məktəbdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 40kv.m sahədə yanıb. 

Məktəb binasının böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb”.

***09:24

Ucarda məktəb binasında yanğın olub. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.

Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

Ucarda məktəb binası yandı

Ucarda məktəb binası yandı

Ucarda məktəb binası yandı

Ucarda məktəb binası yandı

Oxunub 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh