Ucarda məktəbli sinif yoldaşını bıçaqladı - YENİLƏNİB

"Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ilkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
"Pasiyent Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-də ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
***
"Fevralın 4-də saat 8:10-da Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin doqquzuncu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib".
Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.
"Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
***
11:53
Ucarda məktəblinin sinif yoldaşını bıçaqlama hadisəsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.(oxu.az)
***
10:36
Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 16 yaşlı M. H. sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Belə ki, Q. H. M. H-ya bıçaqla xəsarətlər yetirib.
Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.
Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










