Ucarda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb - VİDEO - YENİLƏNİB

Ucarda yanacaqdaşıyan yük avtomobili, 40 ton yanacaq və vətəndaşa məxsus yardımçı tikili yanıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".
***
Bakı-Qazax yolunda hərəkətdə olan iri tutumlu yanacaq daşıyan maşının idarəetmədən çıxaraq aşması nəticəsində sürücü ölüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, yanacaq daşıyan maşın rayon sakini Davud Sadiq oğlu Şərifova məxsus həyətə aşaraq yanıb. Sürücü, 1964-cü il təvəllüdlü Tahir Mehdiyev maşında ölüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Qurumun əməkdaşları tərəfindən meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verib.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
FHN-in məlumatına görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












