Üçüncü övladını dünyaya gətirərkən öldü... - VİDEO

Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edir.
Avtosfer.az xəbər verir ki, mərhumun anası danışıb.
“Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. “Anam hanı, nənə? Anam niyə gəlmir?”, deyə soruşurlar...”, - ana bildirib.
Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib.
G.Məmmədovanın anasının dediyinə əsasən, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar: “Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək nəsə normal deyil… Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib”.
Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.
Qeyd edək ki, G.Məmmədova mayın 6-da xəstəxanaya yerləşdirilib. Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.
G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var.
Daha ətraflı süjetdə:
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...










