Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıb - FOTO
Hadisə 2 Oktyabr 2022 23:59 Oxunub 4356
Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıb  - FOTO

Ukrayna donanmasının ilk korveti “Getman İvan Mazepa” İstanbulda suya buraxılıb.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya Teleqram hesabında məlumat verib. “Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya endirmək şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək” – deyə Zelenskaya vurğulayıb.

Ukrayna donanması üçün Ada sinifli 2 korvetin tikintisinə 2021-ci ildə başlanılıb. 140,7 milyon dollarlıq layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır. Korvet gəmi əleyhinə bütün raketlər üçün uyğunlaşdırılıb.

 

Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıbUkrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıbUkrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıbUkrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıb

ŞƏRH YAZ
Ad

E-mail

Şərh