Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı - YENİLƏNİB

Ukraynanın Odessa şəhərində itkin düşən azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov barəsində yeni təfərrüat məlum olub.
Oxu.az-ın Fərhad Osmanovun dostu S.K.-dan aldığı məlumata görə, biznesmen aprelin 16-sı Odessa şəhərində idman zalına gedib və bir daha geri qayıtmayıb.
O bildirib ki, idman zalından Fərhad Osmanovun çıxması kameralar tərəfindən qeydə alınıb:
"Bir neçə naməlum şəxs tərəfindən maşına əyləşdirilir və aparılır. Hara aparılır, niyə aparılır - bu isə məlum deyil. Yerli polis onun ailə yaxınlarına hələ də bir məlumat vermir".
Dostu ehtimal edir ki, Fərhad Osmanov Kiyev şəhərinə aparılıb:
"Fərhad evlidir. Dörd uşağı var. O itkin düşəndən sonra yoldaşı polisə müraciət edib, izahat yazıb. Fərhad 12 yaşlı oğlunu izləmək üçün telefonuna tətbiq yükləmişdi. Oradan aldığı siqnal ilə övladının harada olduğunu bilirdi. Elə özü itkin düşəndən sonra oğlu həmin tətbiq vasitəsilə atasının harada olduğunu müəyyən edib. 30 nəfər adam və polisin axtarış qrupu ilə Kiyevə yollanıblar. Çünki telefon oradan siqnal verirdi. Ancaq onlara Kiyevə keçməyə icazə verməyiblər.
Maraqlı məqamlardan biri də budur ki, idman zalından çıxarılıb maşına mindirildikdən sonra nəqliyyat vasitəsinin dövlət nömrə nişanı üç dəfə dəyişdirilib".
S.K. əlavə edib ki, Ukraynada kimisə günahlandırmaq istəyirlərsə, "vətən xaini" damğasını vururlar:
"Burada elədir ki, kiminsə bir az pulu varsa, onu geri atmaq istəyirlərsə, "vətən xaini" adlandırırlar. Biz kömək istəyirik ki, heç olmasa, onun sağ olub-olmaması barədə ailəsinə məlumat verilsin".
Dostu vurğulayıb ki, Fərhad Osmanovun ailəsi də təhlükə altındadır:
"Fərhadın xanımına kimsə zəng vurmuşdu, jarqon, qeyri-etik sözlər işlədərək hədə-qorxu gəlirdi".
O, Fərhad Osmanovun Sumqayıt şəhərində doğulub-böyüdüyünü, uzun müddət Ukraynada yaşadığını söyləyib. Həmçinin əlavə edib ki, Fərhad Osmanov Odessa şəhərində "Abşeron" adlı restoranın sahibidir.
***15:36
Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki,1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.
Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.
Qeyd edək ki V.Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










