Ukraynada azərbaycanlı hücum dronunu öz silahı ilə məhv etdi - VİDEO

Hadisə 19 Dekabr 2022 14:49 Oxunub 676
Ukraynada azərbaycanlı hücum dronunu öz silahı ilə məhv etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynanın, Kiyev də daxil olmaqla, bir sıra vilayətləri İran istehsalı olan “Şahid” kamikadze-dronlarının kütləvi hücumuna məruz qalıb.

Məlumata görə, müharibənin ilk günündən Nikolayev vilayətinin ərazi özünümüdafiə hissəsinin üzvü olan həmyerlimiz yaşadığı rayona hücum edən kamikadze-dronunu öz silahı ilə vuraraq məhv edib. Onun adı təhlükəsizlik məqsədilə açıqlanmır.

O da bildirilib ki, raket hücumları nəticəsində Ukraynanın əksər vilayətlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh