Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib? - FOTO

Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlində Azərbaycan vətəndaşlarının əli olduğu iddia olunur.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Senzor” nəşrinin baş redaktoru Yuri Butusov sosial şəbəkədə məlumat yayıb.
Həmin şəxsin Xaqani Güləlizadə olduğu və Ukraynaya qeyri-qanuni yolla gəldiyi bildirilir. Belə ki, bu ilin fevralında həmin şəxs Ukrayna sərhədini keçməyə cəhd edib, lakin onun ölkəyə girişi 2030-cu ilə qədər qadağan edilib. Onun tərəfdaşı isə may ayında Moldovadan Ukraynaya gələn Nərmin Quliyeva olub.
Xatırladaq ki, Voroniç ötən həftə Kiyevdə güllələnib.
Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti Voroniçin qatilləri olduğu iddia edilən şəxslərin zərərsizləşdirildiyini açıqlayıb. Ukrayna xüsusi xidmət orqanları hər iki şübhəlini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə işləyən agentləri hesab edir. Lakin hələlik bununla bağlı hər hansı sübutlar təqdim edilməyib.





Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü
Təyyarədə çay içməyin, hətta əllərinizi də yumayın: "Zəhərli" su ilə bağlı şok ARAŞDIRMA
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO











