Ukraynanda raket zərbələri nəticəsində ölənlərin sayı 30-u ötdü - YENİLƏNİB

Ukraynanın Sumı şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər yaralanıb.
Ukraynanın daxili işlər naziri İqor Krimenkonun sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb. Onun sözlərinə görə, təcavüzkara təzyiq olmadan sülh mümkün deyil.
***
Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 20-dən çox dinc sakin həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar teleqramda məlumat verib.
“Palm bazarının bu parlaq günündə cəmiyyətimiz dəhşətli faciə yaşayıb. Düşmən dinc əhaliyə raket zərbəsi endirib. Təəssüf ki, 20-dən çox ölüm faktı artıq məlumdur”, - deyə o qeyd edib.
Sumidə qurbanlar barədə məlumatı Prezident Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib: “Rusiya ordusu Sumı şəhərini raketlərlə vurublar və dinc sakinləri öldürüblər”, - o vurğulayıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












