Uruqvayda azarkeşlərin avtobusu atəşə tutuldu: Xəsarət alan var

Cənubi Amerika Kuboku (Sudamerikana Kuboku) çərçivəsində Uruqvayda "Nasyonal" komandasına qarşı keçirilən matçdan qayıdan Argentinanın "Tigre" klubunun azarkeşlərini daşıyan avtobus Montevideoda atəşə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə "El Pais" nəşrinin jurnalisti Xuan Pablo Romero "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Hadisə turnirin 1/8 final mərhələsinə vəsiqə qazanmaq uğrunda baş tutan və "Tigre"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşan ilk pley-off oyunundan sonra qeydə alınıb.
Hücum nəticəsində bir nəfər ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"Infobae" qəzetinin məlumatına əsasən, avtobusa motosikletdən 10 dəfə atəş açılıb.
Komandalar arasında cavab qarşılaşması iyulun 29-na keçən gecə Argentinada baş tutacaq.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












