“Uşağım məktəbdən müəllimlərin səhlənkarlığına görə yıxılıb” - VİDEO

Anadangəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbində pəncərədən yıxılıb.
Avtosfer.az xəbər verir ki, ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb.
Sözügedən uşağın atası Asim Seyidov iddia edib ki, uşaq ikinci mərtəbədən pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb. O bu məsələdə müəllimləri ittiham edib və bildirib ki, hadisəyə səbəb uşaqlar arasında narazılıq olub: “Diqqətsizliyə, müəllimlərin səhlənkarlığına görə, uşaq özünü ikinci mərtəbədən yerə atıb, bel sümükləri qırılıb. Müəllimlər zəng vurdu ki, uşaq yıxılıb, gəlin. Müəllim gözdən əlil olduğu üçün qiymətləri şagirdlərə yazdırır. Şagird də oğlumun sinif yoldaşıdır. O biri uşaqlara “5”, oğluma “2” yazıb. Oğlum da əsəbiləşib, çıxıb 2-ci mərtəbəyə”.
Asim Seyidov qeyd edib ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin birinci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, ikinci mərtəbədə bu məsələ gözdən qaçıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 7-ci sinif şagirdi oktyabrın 20-də ikinci mərtəbənin pəncərəsindən yıxılıb: “Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Eləcə də məktəbin Pedaqoji şurası çağrılaraq müəllimlərlə söhbət aparılıb, şagirdlərin təhlükəsizliyinin təmin olunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir”.
Daha ətraflı videomaterialda:
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












