“Uşağımın videolarını paylaşaraq pul yığırlar” - YENİLƏNİB

Bakının Xəzər rayon sakini Mirvari Turabova tanımadığı şəxs və ya şəxslərin qızının görüntülərindən istifadə edərək pul topladığını deyir.
Avtosfer.az-ın məlumatına görə, Qafqazinfo-ya müraciət edən şikayətçi bildirib ki, övladı Mələk Turabova anadangəlmə “spina bifida” (onurğa dağılması) xəstəliyindən əziyyət çəkir.
Qadın öz instaqram səhifəsində qızına aid video paylaşdığını əlavə edib: “Lakin bir müddət sonra gördük ki, tanımadığımız şəxs sosial şəbəkədə “meleyim43477” adlı səhifə yaradaraq kart hesabı paylaşır və bizim adımızdan pul toplayır. Tanınmış insanları paylaşıma işarələyərək onlardan da pul alır. Dəfələrlə ona yazaraq bu əməllərinə son qoymasını tələb etdik. Lakin hər dəfə yazdıqlarımıza cavab vermədən bizi bloka atır”.
Mirvari Turabova məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiklərini qeyd edib: “Mənə bildirdilər ki, əvvəlcə kartın sahibini tapmalıdırlar və banka sorğu göndərilib”.
Ananın sözlərinə görə, sözügedən şəxslər övladının görüntüsünü paylaşaraq pul toplamağa davam edir.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, vətəndaşın azyaşlı övladının naməlum şəxs və ya şəxslər tərəfindən instaqram sosial şəbəsində şəklinin paylaşılması və xəstəlik vəziyyətindən istifadə edilərək pul toplanması ilə bağlı Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciəti daxil olub: “Müraciət əsasında həmin şəxsin müəyyən olunub saxlanılması üçün aidiyyəti qurumlara müvafiq sorğular göndərilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağı, tanımadıqları şəxslərə etibar edib kart hesablarına pul vəsaiti köçürməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik”.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












