Uşağının yanında canlı yayımda qeyri-etik ifadələr işlədən ana ilə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq, qeyri-etik ifadələr olan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli məlumat verib.
O bildirib ki, etdiyi hərəkətlərlə 7 yaşlı övladının həyat və sağlamlığı üçün real təhlükə yaradan 1999-cu il təvəllüdlü Zəminə Qurbanova Bərdə rayonunda müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb:
“Azyaşlı tibbi müayinədən keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxs barəsində isə protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib. Azyaşlının valideynindən alınaraq sığınacağa yerləşdirilməsi və Z.Qurbanovanın valideynlik hüququndan məhrum olunması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb”.
Qeyd edək ki, adıçəkilən qadın gecə saatlarında azyaşlı övladının yanında canlı yayım açmış, siqaret çəkmiş, qarşı cinsin nümayəndələri ilə bayağı söhbət etmiş, onun bu davranışı etirazla qarşılanmışdı.

Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










