Məhkəmə "Toplum TV" işi üzrə saxlanılan şəxslər barəsində qərar verib

Məhkəmə "Toplum TV" işi üzrə saxlanılanlar barəsində qərar verib.
"Report" xəbər verir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsində Əli Zeynalov, İlkin Əmrahov, Ələsgər Məmmədli və Ramil Babayevin hər birinin barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
Qeyd edək ki, bu il martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə edildi - VİDEO
Prospektdə yaşlı kişi yaxınlaşan maşını görə-görə yolu keçdi - VİDEO
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var - YENİLƏNİB
Tiktoker sürücü qırmızı işıqda maşından düşüb hoqqa verdi - VİDEO
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluqdan təkzib
Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib - ŞİKAYƏT - VİDEO
“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO
Bakıda yolda nəzarətsiz at görüntüləndi – Polis dərhal tədbir gördü - VİDEO
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO










