Uşaqlar onlardan imtina edən atalarını geri qaytarmaq üçün DİLƏNİRLƏR - FOTO

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində iki uşaq - biri qız, biri oğlan ataları tərəfindən küçəyə atıldığı üçün diləndiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az uşaqların anası Leyla Nəcəfəliyeva ilə əlaqə saxlayıb.
Leyla Nəcəfəliyeva bildirib ki, uşaqlar atalarının evə geri qayıtması üçün özləri dilənirlər:
"Yoldaşımla aramızda bankdan borc götürmə məsələləri üzündən söz-söhbət oldu, davalar başladı. Yoldaşım Əkbər bizi atıb anasının yanına gedib və orada qalır, evə gəlmir. Hər səhər oğlumu evdən götürüb, "Vasmoy bazar"ında işlədib mal satdırır, axşam saat 7-də də küçədən yola salır ki, evə qayıtsın. Uşağın da cibində 60-70 qəpik pul olur, aclıqdan yavan çörək alıb yeyir. Mən yoldaşıma deyirəm ki, səhərdən axşama qədər aparıb işlədirsən, heç olmasa uşağa pul ver. Oğlum özü bazarda işlədiyi yerdə hamıya deyib ki, "atam evə qayıtmasa, intihar edəcəyəm". Qızım da, həmçinin eyni sözü deyir. Uşaqlar ataları olmadan evə girmirlər, qorxduqlarını deyirlər. Atası isə borcu olduğunu və imkanı olmadığı üçün evə gələ bilmədiyini söyləyir. Uşaqlar da buna görə küçədə oturub dilənirlər ki, atamız evə gəlmirsə, biz camaatdan pul alıb yemək, kommunal və digər xərcləri ödəyək".
Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Qurumdan verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır:
"Məlumat dərhal aidiyyəti qurumlara ötürülüb. Məsələ ilə bağlı araşdırma aparılır və lazımi tədbirlər görüləcək".


Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO












