![Sosial şəbəkələrdə saxta telefon nömrələri satılır - XƏBƏRDARLIQ](/upload/news/small/2325374.jpg)
Uşaqları səs-küy saldığı üçün qonşusunu GÜLLƏLƏDİ
![Uşaqları səs-küy saldığı üçün qonşusunu GÜLLƏLƏDİ](/upload/news/2161620.jpeg)
Türkiyədə kişi qonşusunu güllələyib.
Hadisə Bura şəhərində, İldırım qəsəbəsində baş verib. 35 yaşlı İsmət. Y alt mərtəbədəki qonşusu 23 yaşlı Süleyman. Ö-nün uşaqlarının çoxsəs-küy elədiyini deyərək, onlara gedib. Burada tərəflər arasında dava düşüb. Digər qonşular onları aralayıb.
Bundan sonra İsmət. Y evinə qayıdıb və tapança götürərək, yenidən qonşusunun evinə gedib. Qapını açan Süleyman. Ö-yə 6 dəfə atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb. Güllələr zərərçəkmişin qol və sinəsinə dəyib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək, əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cinayətkar 1 saat sonra saxlanılıb. Təqsirləndirilən şəxs polisə ifadə verdikdən sonra barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təhvil verilib.
(lent.az)