Usta xanım sürücünün avtomobilinin başına oyun açdı – “Narahat olma “sehirli” əlim maşını işə salacaq” - VİDEO

Hadisə 4 Mart 2024 17:30 Oxunub 460
Usta xanım sürücünün avtomobilinin başına oyun açdı – “Narahat olma “sehirli” əlim maşını işə salacaq” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda maşın ustası xanım sürücünün avtomobilində apardığı təmir işləri təhlükəyə səbəb olub.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə geniş yayılıb.

Belə ki, “Chevrolet” markalı avtomobili təmir etdirməkdən bezən xanım sürücü ustasını dəyişməyə qərar verib. Digər usta isə avtomobilin elektrik sisteminə baxış keçirdikdə dəhşətə gəlib. Görülən işlərin keyfiyyətsiz və səhv aparılması ustanı heyrətə gətirib. Hətta xanım sürücü bildirib ki, avtomobili işə salarkən elektrik cərəyanı yaranır. Əvvəlki usta xanım sürücüyə avtomobil xarab olan zamanlarda narahat olmamağını, öz “sehirli” əli ilə onu təmir edib, işə salacağını da deyirmiş. Bütün bunlar azmış kimi, elektrik cərəyanı ötürən şunurlardan biri avtomobilin daxili hissəsi ilə yox, birbaşa xarici ilə aparılıb. 1 ildir ki avtomobilə sahib olan xanım ustanın səhvlərini bilmədiyi üçün maşından bezib. Lakin problem maşında yox, “sehirli” əldə imiş.

Görüntüləri qeydə alan usta bütün bunların avtomobili yandıra biləcəyini qeyd edib və avtombildəki qüsurları aradan qaldırıb. Görüntülərdə təmirdən əvvəl və sonra nə qədər fərq olduğu da aydın şəkildə əks olunub.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh