“Vağzal meydanı”nda bina uçub, ölən var

İyulun 14-də axşam saatlarında Tbilisidə, dəmir yolu vağzalının yanında "Vağzal meydanı" deyilən ərazidə yerləşən qəzalı bina uçub.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur.
Hadisə zamanı binanın yaxınlığında səyyar satıcılar da olub, bir neçə avtomobilə ziyan dəyib. Vətəndaşlar dağıntı zonasından təxliyə olunublar. Hadisənin şahidləri bildirirlər ki, əvvəlcə binada güclü səs eşidilib, sonra isə binadan müxtəlif hissələr tökülməyə başlayıb. Hazırda binanın içərisində vəziyyət dəqiq məlum deyil. Ərazidə dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri aktiv şəkildə davam edir.
Hadisə yerində Gürcüstanın daxili işlər naziri və Tbilisi meri Kaxa Kaladze də olub. Kaladzenin sözlərinə görə, bina qəzalı idi və bərpa üçün yararsız sayılırdı. Lakin sakinlərin yalnız bir qismi dövlətin təklif etdiyi köçürmə proqramından yararlanmışdı.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi üzrə istintaq başladılıb.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












