Valideynləri tərəfindən döyülən azyaşlıların son durumu - YENİLƏNİB

Ağdamda valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirilib.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, avqustun 27-si saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2023-cü il təvəllüdlü azyaşlıya (kişi) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilib və zəruri tibbi xidmət göstərilib:
"Azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib".
Məlumata görə, pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Həmçinin qeyd olunub ki, 2024-cü il təvəllüdlü digər azyaşlı (kişi) isə hazırda profilaktik olaraq Ağdam RMX-də həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.
***11:11
Ağdamın Xındırıstan kəndində valideynləri tərəfindən zorakılığa məruz qalan 2 yaşlı körpə komadadır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb.
Qeyd edək ki, iki azyaşlının valideynləri tərəfindən döyülməsi ilə bağlı araşdırma aparılır.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












