Vardanyan hökm oxunarkən yerində dayana bilmədi - VİDEO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 17-də davam etdirilib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Ötən il yanvarın 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxsin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.
Elan olunub ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlar həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib.
Bundan başqa, irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.
Elan edilib ki, Vardanyan Ruben Karlenoviç 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı










