Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən Ceyhun Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra hökm elan olunub.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən Ceyhun Məmmədov 10 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb.
Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.
Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Universitetinin professoru, "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədridir.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












