Banner

Vəkilin başına dəhşətli hadisə gəldi; ölümdən son anda qurtuldu – Prokurorluq ARAŞDIRIR - FOTOSESSİYA

Hadisə 17 Fevral 2026 19:35
Vəkilin başına dəhşətli hadisə gəldi; ölümdən son anda qurtuldu – Prokurorluq ARAŞDIRIR - FOTOSESSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün vəkil Əminə İsmayılzadə öz sosial şəbəkə hesabında başına gələn dəhşətli hadisə ilə bağlı məlumat paylaşıb.

Avtosfer.az xəbər verir ki, vəkil öz paylaşımında qeyd edib ki, sentyabrın 24-ü Bakı-Gəncə yolunda ağır qəza keçirib. Belə ki, Ağstafaya məhkəmədə peşə fəaliyyətini yerinə yetirmək məqsədilə özünün idarə etdiyi maşınla hərəkətdə olarkən ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəzaya səbəb isə 3 nəfər kişinin olduğu “Range Rover” markalı nəqliyyat vasitəsi tərəfindən uzun müddət təqib edilməsi olub.

Vəkil qeyd edib ki, yol boyu müxtəlif formada onun avtomobillə hərəkətinə tanımadığı, nə istədiklərini başa düşmədiyim şəxslər manevrlər etməklə maneə yaradıb. Bu azmış kimi “Range Rover”dəki şəxslərə kimsə tərəfindən avtomobilinin qeydiyyat nişanı ilə bağlı bütün şəxsi məlumatlar götürülərək təqdim edilib. Vəkil tanınmış biznesmen olduğunu iddia etdiyi sürücünün onun istifadəsində olan mobil nömrəsinə gizli nömrədən zənglər etməklə əməllərinə davam edib.

Əminə İsmayılova zəngin kim tərəfindən edildiyini bilmədiyi üçün telefonu açıb, həmin sürücü olduğunu bildiyində isə ona vəkil olduğunu bildirib və hərəkətinə maneə yratmamalarını tələb edib. Buna baxmayaraq, yenidən onu yol boyu narahat etməyə davam ediblər.

Nəticədə 3 nəfərin ölmü ilə yekunlaşa biləcək qəzanın qarşısını çox çətinliklə ala bilib. Qəza nəticəsində avtomobillə 10 dəfəyə yaxın fırlanmaqla yol kənarında olan dəmirlərə çırpıldığını bildirən xanım vəkil, ona məxsus nəqliyyat vasitəsinin tam yararsız hala gəldiyini, utilizasiya edildiyini qeyd edib. Hadisə nəticəsində Əminə İsmayılova kəllə-beyin travması alıb və aylarla qəzanın psixoloji və sağlamlıqla bağlı mənfi nəticələrindən sarsıldığını bildirib.

Vəkil vurğulayıb ki, Daxili İşlər Nazirliyinə etdiyi şikayət əsasında ifadə verən “Range Rover”in sürüücüsü əməlinə müxtəlif yalanlarla don geyindirməyə, aylarla vəkili vasitəsilə ““barışıq əldə etməyə” çalışıb.

Ərazi aidiyyəti nəzərə alınmaqla təkrar müraciət edib, lakin ona verilən məlumatda hadisənin Sumqayıt şəhər Prokurorluğuna ötürülməsi ilə bağlı məlumat alıb. Vəkil hadisənin prokurorluq tərəfindən araşdırılmağa götürülməsinin də əsassız olduğunu vurğulayıb. Vəkil Əminə İsmayılzadə məsələnin nəzarətə götürülməsini və obyektiv araşdırılmasını, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin, habelə belə bir ağır nəticələrə səbəbkar olan, yanında olan digər 2 şəxsin şəxsiyyətini gizlətməyə çalışan şəxsin cəzalandırılmasını tələb edib.

Məsələ ilə əlaqədar Respublika Baş Prokurorluğuna sorğu ünvanladıq. Qurumdan açıqlama olduğu halda xəbəri yeniləyəcəyik.

Səfər

Oxunub 144
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh