Banner

Vənlik kəndində körpü qəzalı vəziyyətə düşdü - VİDEO

Hadisə 20 Yanvar 2026 15:33
Vənlik kəndində körpü qəzalı vəziyyətə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Hazırda 3 kəndin sakinləri çətinliklə üz-üzə qalıblar.

Sakinlər bildirirlər ki, problem uzun müddətdir davam edir.

"Keçən il körpü uçub dağıldı, gəlib bərpa etdilər, amma yenə də eyni vəziyyət yaranıb", - deyə kənd sakinlərindən biri qeyd edib.

Başqa bir sakin isə vurğulayıb: "Bu körpünü vaxtilə atam tikdirmişdi. Baxımsızlıq səbəbindən su onu yuyub apardı. Artıq üçüncü dəfədir ki, təmir edirlər, lakin nəticəsi olmur".

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar İdarəsindən bildirilib ki, sözügedən körpüdə hazırda müvəqqəti təmir işləri aparılır. Yaxın zamanlarda isə körpü yenidən tikiləcək.

 

Oxunub 316
ŞƏRH YAZ
Ad

E-mail

Şərh