"Vesta Construction" MMC eyni mənzili bir neçə nəfərə satıb - VİDEO

Bakıda eyni mənzil bir neçə nəfərə satılıb.
Avtosfer.az-ın məlumatına görə, paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülüb və sakinlərə söz verilib ki, yeni tikilən binada hər birinə mənzil veriləcək.
Lakin nə vəd edilən mənzillər verilib, nə də tikinti başa çatdırılıb.
Bu iddia ilə bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, layihəni həyata keçirməli olan "Vesta Construction" MMC illərdir prosesi uzadır. Tikili 10 ilə yaxındır ki, yarımçıq qalıb. Köçürülmüş sakinlər hazırda kirayələrdə yaşadıqlarını deyirlər. Sakinlər onu da əlavə ediblər ki, bu məsələdə digər zərərçəkənlər də var. Çünki yeni binada eyni mənzil bir neçə nəfərə satılıb və bu da problem olaraq qalır.
Şikayətçilər deyirlər ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib.
Nizami Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, "Vesta Construction" MMC tərəfindən köçürülən sakinlərlə, həmçinin sonradan şəxsi vəsaiti hesabına yaşayış kompleksindən mənzil almış vətəndaşlarla bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər D bloku üzrə yerinə yetirilməyib. Sakinlərin yaranmış narazılıqları ilə bağlı MMC rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib. Lakin göstərilən məsələlərin həlli tam təmin edilməyib. Faktlar üzrə zərərçəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq işləri davam etdirilir. Məsələnin həlli Nizami Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










