Vətəndaşın avtomobili evində qəsdlə yandırılıb - İDDİA - FOTO - VİDEO

Sabunçu rayonunda vətəndaş avtomobilinin qəsdən yandırıldığını iddia edib. Bu barədə oxu.az-a zərərçəkən İntizam Ağakişiyev bildirib. Onun sözlərinə görə, hadisə avqustun 2-də gecə saatlarında baş verib: “Rayonun Ramana qəsəbəsi, “Südçülük sovxozu” adlanan ərazidə Mahirə Vəliyevaya məxsus şəxsi mənzilin həyətində “Changan” markalı avtomobilim yandırılıb.
Baş verən yanğın şəxsi evə keçib və qonşuların köməyi ilə oradakı sakinlər çətinliklə də olsa, təxliyə ediliblər. Avtomobilə və mənzilə külli miqdarda zərər dəyib. Hadisə mənim özümə və ailə üzvlərimə qəsd edilmək məqsədi ilə edilib.
Hazırda Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində müvafiq tədbirlər həyata keçirilir”.
Vətəndaş bildirib ki, əvvəllər də dəfələrlə avtomobilinə kənar müdaxilələrin olunması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə və Yasamal Rayon Polis İdarəsinə müraciət etsə də, tədbir görülməyib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, vətəndaş İ.Ağakişiyev 77-AM-456 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilinin 02.08.2023-cü il tarixində yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, “Südçülük Sovxozu”, Molla Pənah Vaqif küçəsində qəsdən yandırıldığı barədə ərazi üzrə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat verib: “Polis əməkdaşları tərəfindən vətəndaşın izahatı alınıb, hadisə yerinə baxış keçirilib. Hadisənin qəsdən və ya texniki nasazlıq səbəbindən baş verməsinin müəyyən edilməsi istiqamətində avtotexniki ekspertiza təyin edilib. Hazırda Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir”.
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO








