Vətəndaşları şantaj edən "qazi" tutuldu - FOTO

Hadisə 6 İyul 2024 11:00 Oxunub 482
Vətəndaşları şantaj edən "qazi" tutuldu   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul alan şəhər sakini Taleh Qədirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı özünü qazi kimi tanıdan T.Qədirovun bir nəfər şəhər sakinindən 1000 manat aldığı, bir nəfərdən isə eyni məbləğdə pul tələb etdiyi məlum olub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh