Vətəndaşların bir milyon manatını dələduzluq yolu ilə mənimsəyən şəxs həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsi dələduzluqda təqsirləndirilən Elşad Aydın oğlu Səfərov barəsində birinci instansiya məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirini dəyişdirməyib.
Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, E.Səfərov ayrı-ayrı şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış obyektlərini etibarnamə ilə əldə edərək satmaqda və satışdan əldə etdiyi bir milyon manata yaxın pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilir.
Qeyd edək ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə vəsatət və təqdimat göndərilib.
Suraxanı Rayon Məhkəməsinin 15.08.2025-ci il tarixli qərarı ilə Elşad Aydın oğlu Səfərov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












