Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş - FOTO

Bu gün səhər saatlarında Gəncə şəhərində bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
Avtosfer.az Matc.az-a istinadən xəbər verir ki, "Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevin xəsarət aldığı insident zamanı onun yanında olan şəxsin kimliyi müəyyənləşdirilib.
Əlbəyaxa dava zamanı iştirak edən digər şəxs Gəncə təmsilçisinin sabiq futbolçusu Nihat Fərəcidir. "Kəpəz"in yetirməsi olan Fərəci hazırda icarə əsasında "Şəki Siti" klubunun formasını geyinir.
Qeyd edək ki, 22 yaşlı vinger 2015-ci ildə "Mançester Yunayted"in Yay Futbol Məktəbində iştirak edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə futbolçuların iştirakı ilə insident baş verib. Nəticədə Veysəl Rzayev bıçaq xəsarəti alıb. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu qoyulub. Hazırda futbolçunun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












