

Sərnişinin halı pisləşdi, sürücü isə avtomobilinin idarəsini saxlamadı.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisə Heydər Əliyev prospektində baş verib. Həvəskar sürücünün kamerasına düşən görüntülərdən də aydın olduğu kimi ürəyi bulanan sərnişin özünü saxlaya bilməyərək taksi xidmətiylə məşğul olan “Renault” markalı, 99-RT-829 dövlət nömrə nişanlı sürücüdən şüşəni açmasını istəyib. Daha sonra başını şüşədən çıxaran xanım sərnişin yola qaytarmağa başlayıb. Sərnişinin vəziyyətiylə əlaqədar digər nəqliyyat vasitələrinə xəbərdarlıq etməyən sürücü heç nə olmamış kimi yoluna davam edib. Belə hallarla üzləşən sürücülər bilməlidir ki, yaranan fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq işığını yandırmalı və saxlayaraq sərnişinə yardım etməlidir.
Nərmin Əkbər