Banner

Viləşçay su anbarında batan var - YENİLƏNİB

Hadisə 21 Avqust 2025 13:44 Oxunub 442
Viləşçay su anbarında batan var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Masallı rayonunda su anbarında batan şəxsin kimliyi məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, o rayonun İsi kənd sakini, 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanovdur.

Belə ki, M.Aslanov rayonunun Qəriblər kəndində yerləşən Viləşçay su anbarında batması ilə Fövqəladə Hallar Nazirliyinə bağlı məlumat daxil olub. Əraziyə FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Məlumata görə, M.Aslanov dünən saat 18:00 radələrində evdən çıxaraq özünə məxsus mal-qarasının dalınca gedib və sonra ondan heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyim əşyaları su anbarının yanında aşkar olunub. Ona görə ehtimal olunur ki, o, su anbarında batıb.

Hazırda onun axtarışı davam etdirilir.

***09:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh