Vüqar Həşimovun atası dəfn edildi - YENİLƏNİB

Mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimov dəfn olunub.
Avtosfer.az xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
***
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimovun dəfn mərasimi keçirilir.
Avtosfer.az xəbər verir ki, onun nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.
Dəfndə Q.Həşimovun ailəsi və yaxınları iştirak edirlər.
***
Mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimovla vida mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.
O, II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub. Uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
Vüqarın karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb. 2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib. 2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.
Azərbaycanın Əməkdar məşqçisi olan Q.Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








