Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında YANĞIN - FOTO
Hadisə
31 Avqust 2025 20:51
Oxunub 406

Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yanğın İdman Kompleksinin yaxınlığında, "Şollar" su kəmərinin mühafizə zolağında başlayıb və 3 hektar ərazini əhatə edib.
Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR

















