Xaçmazda itkin düşən qız Gəncədə tapıldı - YENİLƏNİB

Hadisə 13 Aprel 2025 09:00 Oxunub 544
Xaçmazda itkin düşən qız Gəncədə tapıldı - YENİLƏNİB
WhatsApp |

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb. Araşdırma aparılır
***
Xaçmaz rayon sakini,  13 yaşlı Musayeva Sevinc Bəhram qızı  bugün səhər 08:30 radələrində repetiror yanına gedmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan Avtosfer.az-a bildirilib ki,  məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102”- Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz  Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

image

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh