Xaçmazda çaya düşən avtomobildə xəsarət alanların vəziyyəti məlum oldu

Xaçmazda avtomobilin rayon ərazisindən keçən Ağçay çayına aşması nəticəsində xəsarət alanların durumu məlum olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, sentyabrın 26-da saat 19:00-da Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 6 nəfər (4-ü kişi, 2-si qadın cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına, 1984-cü il təvəllüdlü (qadın cinsli) şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
Üç nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir, bir nəfərin vəziyyəti kritik ağır, iki nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Xatırladaq ki, Xaçmazda "Mitsubishi Pajero" minik avtomobili Ağçay çayına aşıb. Qəza nəticəsində 6 nəfər - avtomobilin sürücüsü, Hülövlü kənd sakini 1986-cı il təvəllüdlü Tural İskəndərov və sərnişinlər - 1962-ci il təvəllüdlü İ.İskəndərova, 1978-ci il təvəllüdlü V.Məmmədov, 1984-cü il təvəllüdlü G.Məmmədova, 2001-ci il təvəllüdlü P.Məmmədov və 2005-ci il təvəllüdlü M.Məmmədov ağır xəsarətlər alıblar.(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












