
Xaçmazda keçmiş məhkum öldürüldü, saxlanılan var - YENİLƏNİB
Hadisə
2 Noyabr 2023 17:42
Oxunub 250

Xaçmazda keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirləndirilən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nətisində əməli törətməkdə şübhəli bilinən 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Oruc Nəsrullayev saxlanılıb.
***
Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda araşdırmalar aparılır.
Əlavə məlumat veriləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR