Xadimə düzəlmək üçün 4 min verdi, aldadıldı

İşə düzəltmə adı ilə daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində baş verib. Samir adlı şəxs Mingəçevir sakinlərindən birindən 4000 manat alaraq onun həyat yoldaşını sözügedən şəhərdə fəaliyyət göstərən 17 saylı məktəbə xadimə düzəldəcəyini bildirib. Lakin sonradan vədini yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Samir saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib. İşin məhkəmə istintaqı Mingəçevir Şəhər Məhkəməsində aparılıb. Samir məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsrili bilib. O, əlavə edib ki, aldığı 4000 manatı şəxsi ehtiyaclarına xərcləyib. Həmin vaxt pulu olmadığına görə ziyanı ödəyə bilməyib. Lakin artıq dəymiş ziyan da ödənilib. Məhkəmənin hökmü ilə Samirə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












