Xalasının evindən oğurladığı pulları əyləncəyə xərcləyibmiş

İmişlidə xalasının evindən oğurluq edən 17 yaşlı gənc məsuliyyətə cəlb edilib. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan Orxan (ad şərtdir) xalasının evində olan zaman qabda pulların olduğunu görüb. Orxan xalasına məxsus 3 min manat nağd pulu və qızıl üzüyü götürüb. Orxan həmin pulla bibisi oğlu ilə restoranda, oyun klublarında vaxt keçirib, əyləncəyə xərcləyib. Nağd pulu xərclədikdən sonra qızıl üzüyü sataraq həmin pulu da xərcləyib. Xalası oğurluğun Orxan tərəfindən törədildiyini bilməyib. Evinə gələn zaman otaqda ayaq izləri görən qadın şübhələnib və pullarının oğurlandığını bilib. Polisə məlumat verəndən sonra oğurluğun Orxan tərəfindən törədildiyi məlum olub. Orxan oğurluqda təqsirləndirilərək barəsində cinayət işi açılıb və polis nəzarətinə verilib. Orxanın xalası onu bağışlayıb və şikayətçi olmayıb. Onun barəsində 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












