Xalq artistinin cinayət işi məhkəməyə göndərildi

Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, balta insidenti ilə bağlı iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Bunlar “MedEra” hospitalının mühafizəçisi Saleh Cəlilov və həmin hadisədə xəsarət alan Nəzakət Paşayevadır.
Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib. İşə hakim Vüsal Tağıyev sədrlik edəcək.
Qeyd edək ki, hadisə bu il iyulun 23-də baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi açılıb.
Bu maddə ilə təqsirləndirilən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












