Xanım sürücü məktəbin qarşısında hər gün təhlükə saçır - VİDEO

Hadisə 27 Fevral 2024 20:24 Oxunub 3666
Xanım sürücü məktəbin qarşısında hər gün təhlükə saçır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda qadın sürücü hər gün qayda pozur, uşaqlara təhükəli vəziyyət yaradır.  Avtosfer.az xəbər verir ki, bu barədə izləyicilərimizdən biri redaksiyamıza video göndərib.

Belə ki, 99-PR-659 dövlət qeydiyyat nişanlı “Haval” markalı avtomobilin sürücüsü Bakıxanov qəsəbəsindəki 169 nömrəli məktəbin önündən yüksək sürətlə hərəkət edir.

Sakinlər sürücünün xanım olduğunu və bu halın hər gün təkrarlandığını bildirirlər.

Məktəbin önündə əsasən uşaqları qorumaq məqsədilə sürücülər aşağı sürətlə və daha diqqətli hərəkət etməlidir. Lakin sürücünün buna məhəl qoymadığı aydın görünür.

Qeyd edək ki, yolda piyada keçidi olsa da hətta ora yaxınlaşdıqda belə sürəti azaltmır. Videonu təqdim edirik:

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh