Xanım təlimçi ilə taksi sürücüsü arasında yolayrıcında dava düşdü - VİDEO

Hadisə 15 Dekabr 2023 20:02 Oxunub 17368
Xanım təlimçi ilə taksi sürücüsü  arasında yolayrıcında dava düşdü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda sürücülər arasında münaqişə baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Xəqani küçəsində qeydə alınıb. Belə ki, təlimçi Arzu Babazadə avtomobili ilə svetoforda qırmızı işıqda dayanıb. Yaşıl işıq yanmasına baxmayaraq öndə tıxac olduğu, irəliləsə yol ayrıcında dayanacağı və ikiqat tıxaca səbəb olacağı üçün hərəkət etməyib. Təlimçinin avtomobilinin arxasında dayanan 99-GO-297 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü bu hərəkətə görə əsəbləşib. O, təlimçinin üzərinə hücum çəkib.

Baş verənlər videoqeydiyatçı tərəfindən anban qeydə alınıb. Arzu Babazadə bu barədə polisə məlumat verib. Həmin sürücü müəyyən olunaraq Səbail rayon Polis İdarəsinin 39-cu polis şöbəsinə dəvət edilib.

Qeyd edək ki, taksi sürücüsü sükan arxasında mobil telefondan istifadə edərək çəkiliş aparıb.

Faktla bağlı araşdırma aparılır.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh