Xankəndidə dövlət mülkiyyətində olan evlərdən oğurluq edilib

Xankəndi şəhərində dövlət mülkiyyətində olan fərdi evlərdən oğurluq edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, evlərdən əsasən məişət texnikası və təsərrüfat malları oğurlanıb. Bununla da dövlətə ümumilikdə 1309 manat ziyan dəyib. Qısa müddət ərzində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, saxlanılarkən maşınında süngü bıçağı aşkarlanıb.
Həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan olunub.
Cinayət işinə Xankəndi Şəhər Məhkəməsində baxılıb.
Təqsirləndirilən şəxsə 177.2.2 və 177.2.3-cü maddələri ilə 1 il 3 ay, 228.5-ci maddə ilə isə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təyin olunmuş cəzaları qismən toplanılıb və müttəhim 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onun ev dustaqlığında saxlanılıdğı 3 ay 20 gün müddət 1 günə 2 gün hesab ilə təyin olunmuş cəzadan çıxılıb və təqsirləndirilən şəxsin üzərində qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












