Xəbəri olmadan adına kredit götürüldü: Sakin şikayətçidir - VİDEO

Şəxsiyyət vəsiqəsinin fotosunu tanımadığı şəxsə göndərən vətəndaşın adına özünün xəbəri olmadan kredit götürüblər.
Avtosfer.az-ın məlumatına görə, hadisə Ağdaş rayon sakini Xəzanə Cavadovanın başına gəlib.
O iddia edir ki, sosial şəbəkə vasitəsilə bir nəfər şəxs özünü ona hər dəfə kredit götürdüyü təşkilatın əməkdaşı kimi tanıdıb. Və ona götürdüyü krediti daha az faizlə bağlamağı təklif edib.
Xəzanə Cavadova deyib ki, inandığı üçün qarşı tərəfə şifrə və parolu verib.
Kredit götürdüyü kabinetə daxil olmaq istəyəndə isə görüb ki, bu mümkün deyil. Şifrə və parolun dəyişildiyi bildirilib. Sonra kredit təşikaltı ilə əlaqə saxlayıb. Həmin təşkilatdan buna yeni şifrə təqdimj edilib. Lakin məlum olub ki, Xəzanə Cavadovanın adına 700 manatdan çox kredit götürülüb.
Şikayətçi bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edib.
Mütəxəssislər isə belə hallarla bağlı vətəndaşlara diqqətli olmağı məsləhət görürlər.
Məsələ ilə bağlı sözügedən bank olmayan kredit təşkilatı ilə əlaqə saxladıq. Təşkilatdan “Xəzər Xəbər”ə bildirildi ki, 3-cü şəxslərə bu haqda məlumat vermək qanuni olaraq mümkün deyil.
Ətraflı videomaterialda.
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












