Xəbəri yoxdur, amma adına üç şirkət var - VİDEO

Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin xəbəri olmadan adına üç şirkət açılıb. Hazırda onun 61 min manatdan çox vergi borcu yaranıb.
Avtosfer.az xəbər verir ki, İ.Ağayevin sözlərinə görə, 2023-cü ilin sonlarında əvvəlcədən tanıdığı Eşqin adlı şəxs ona günlük əməkhaqqısı 30 manat olan iş təklif edib. Tərəflər razılaşıblar və bunun üçün "ASAN Xidmət" mərkəzinə gediblər. Zərərçəkmiş İ.Ağayev deyir ki, orada şəxsiyyət vəsiqəsini təqdim edib və nə üçün olduğunu bilmədiyi sənədlərə imza atıb.
Zərərçəkmiş bildirir ki, Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən bildiriş aldıqdan sonra adına üç şirkətin olmasından xəbər tutub. Bundan sonra o, bu işdə ona vasitəçi olan Eşqin adlı şəxsi axtarmağa başlayıb.
İ.Ağayev ərazi üzrə Yasamal Rayonu 28-ci Polis Bölməsinə dəvət edilib və orada onun şikayət ərizəsi alınıb. Bölmədən bildirdilər ki, həmin fakt araşdırılır. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən deyildi ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına təsis olunan hüquqi şəxslərin yaranmasına, hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.
Ətraflı süjetdə:
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










