“Xərçəngsən” dedilər, traktorunu satdı, kredit götürdü: 11 min manatını ... - VİDEO

Sağalmaq üçün əvvəlcə traktorunu satdı, sonra kredit götürdü. Lakin sonradan tamamilə sağlam olduğunu öyrəndi. Avtosfer.az xəbər verir ki, hadisə Salyan rayon sakini Şahmar Ağayevin başına gəlib.
Şahmar Ağayev iddia edir ki, ötən il mədəsində ağrılar olduğu üçün Salyan raynunda fəaliyyət göstərən “MED-Plaza”ya üz tutub. Bu zaman o uzman həkimin yanına göndərilir. O bildirir ki, birinci dəfə həkimin yazdığı dərmanlar onun dərdinə çarə olmayıb.
İddiaya görə, Şahmarı müayinə edən həkim ona xərçəng diaqnozu qoyub. Həkimi Şahmara bildirib ki, müalicə dərmanları baha olsa da, onu sağaldacaq. Ölümlə üz-üzə qaldığını düşünən Şahmar vahiməyə düşüb. Beləliklə, Şahmar Ağayevə “xərçəngsən” - deyib 11 min manatını mənimsəyiblər.
Məsələ ilə bağlı sözügedən klinikadan “Xəzər Xəbər”ə bildirdilər ki, özünü həkim kimi təqdim edən Ramin Məhərrəmov klinikaya işə düzəlmək istəsə də sənədləri saxta olduğu üçün qəbul edilməyib.
“Şahmar Ağayevin Ramin Məhərrəmovla bağlı şikayətinin klinikaya heç bir bağlılığı yoxdur. Ramin Məhərrəmov xəstəxanda olarkən Şahmar Ağayevlə şəxsi münasibət quraraq onun evində həkim kimi xidmət göstərib”, - deyə klinikadan bildirilib.
Ətraflı videomaterialda:
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO












